Salome Zurabişvili “Yığıncaq və nümayişlər haqqında” qanuna veto qoyacaq”

1

“Parlament çoxluğunun qeyri-ciddi və rüsvayçı bəyanatları cəmiyyətə hörmətsizlikdir”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyasının bəyanatında deyilir.

“Gürcüstan prezidentinin 22 iyun 2022-ci ildə dediyi kimi, o, ölkənin demokratik quruculuğuna və Avropa İttifaqının tövsiyələrinin ruhuna zidd olan bütün qanunlara münasibətdə veto hüququndan istifadə edəcək. Buna uyğun olaraq, prezident sərbəst toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Yığıncaqlar və nümayişlər haqqında” qanuna veto qoyacaq”, – deyə məlumatda bildirilib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcü politoloq: “Azərbaycan tarixi ərazilərini bərpa edib, bu gürcü xalqı və dövləti üçün də xoş bir haldır”
Öncəki yazı
საქართველოში მიწისძვრა მოხდა