Another advertisement
Prezident Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanuna veto qoyacaq.
Qafqaztürk.com xəbər verir ki, bu barədə S.Zurabişvili CNN-ə müsahibəsində deyib.
O etiraf edib ki, onun “xarici agentlər haqqında” qanuna veto qoyması simvolik xarakter daşıyacaq.
“Bu qanun simvolik olduğu kimi, veto da simvolik olacaq”, – Zurabişvili bildirib.
Qeyd edək ki, mayın 14-də parlament “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.