Salome Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoyacaq

0

Prezident Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanuna veto qoyacaq.

Qafqaztürk.com xəbər verir ki, bu barədə S.Zurabişvili CNN-ə müsahibəsində deyib.

O etiraf edib ki, onun “xarici agentlər haqqında” qanuna veto qoyması simvolik xarakter daşıyacaq.

“Bu qanun simvolik olduğu kimi, veto da simvolik olacaq”, – Zurabişvili bildirib.

Qeyd edək ki, mayın 14-də  parlament “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI
Öncəki yazı
Avropalı deputatlar Tbilisidə keçirilən aksiyada iştirak ediblər