Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili Strasburqdadır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
Bu gün, dekabrın 18-də Gürcüstan prezidenti Avropa Parlamentinin plenar iclasında deputatlar qarşısında çıxış edəcək.
“Prezident Avropa Parlamentinin sədri Roberta Metzolanın dəvəti ilə Strasburqa gedib. O, Avropa Parlamentinin gürcü xalqı ilə həmrəyliyini bir daha təsdiqləyib və nümayişçilərə qarşı zorakılığı bir daha pisləyib”, – prezident administrasiyasının məlumatında deyilir.