Gürcüstan Prezidenti Salome Zurabişvili “Seçki məcəlləsinə dəyişiklik” haqqında qəbul edilmiş qanuna veto qoyacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə prezident administrasiyası bəyanat dərc edib.
Bəyanatda sözügedən dəyişikliyin qanuna zidd olduğu bildirilib.
Sözügedən bəyanatı təqdim edirik:
“Bu gün yeni baş nazir Brüsseldə və beynəlxalq müşahidə missiyasının ölkədə olduğu vaxtda Gürcüstan parlamenti seçki məcəlləsində həm Venesiya Komissiyasına, həm də qanuna zidd olan dəyişiklikləri qəbul etdi.
Qəbul edilmiş dəyişikliklərlə geniş konsensus əsasında seçilən seçki komissiyasının rəhbəri və üzvləri əvəzinə MSK-nın kadr təminatı prosesi tamamilə qondarma xarakter alıb ki, bu da yalnız hakim partiyanın siyasi marağına uyğunlaşdırılıb.
Seçkilərin birpartiyalı, qərəzli və hakim partiyanın nəzarətində olan seçki administrasiyası tərəfindən keçirilməsi riski var idi ki, bu da həm ictimaiyyətdə, həm də beynəlxalq aləmdə prosesə inamsızlıq yaradırdı.
Prezidentin dəfələrlə bildirdiyi kimi, Gürcüstan prezidenti ölkənin Avropa yoluna uyğun olmayan istənilən qanuna, o cümlədən “Seçki Məcəlləsinə dəyişikliklərə” veto qoyacaq!“.