This is a specific ad

Salome Zurabişvili Şarl Mişellə görüşüb

9

Another advertisement

Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Avropa Şurasında keçirilən görüşün görüntüləri Zurabişvilinin rəsmi Facebook səhifəsində yayılıb.

Gürcüstan prezidenti bu gün Almaniyadan Brüsselə gəlib, burada Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlərə başlayıb.

Salome Zurabişvili Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşə sosial şəbəkələrdə cavab verib və qeyd edib ki, Almaniyanın dəstəyi Gürcüstan üçün Avropaya inteqrasiya yolunda həlledici olacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Marneulidə fəaliyyət göstərən “Qrinviç” Təhsil Mərkəzi yeni tədris ili üçün tələbə qəbulunu açıq elan edir‼️
Öncəki yazı
Zelenskidən ikinci prezidentlik müddəti barədə açıqlama