Salome Zurabişvili Şarl Mişel ilə görüşüb

239

Another advertisement

Ölkə Prezidenti Salome Zurabişvili Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Salome Zurabişvili ilə görüşdən sonra X-də yazıb.

“Prezident Salome Zurabişvili ilə Gürcüstan üçün həlledici məqamda görüşdüm. Namizəd ölkə statusuna malik ölkə kimi Gürcüstan ümumi demokratik dəyərlərimizə uyğun islahatları dərinləşdirməlidir. İslahatlar, qanunun aliliyi və demokratik prinsiplər Aİ yolu üçün əsasdır. Gürcüstanın gələcəyi ilə bağlı qərarı ancaq gürcü xalqı verə bilər”

Məlumat üçün bildirək ki, artıq üçüncü gündür ki, Gürcüstan Dövlət başçısı Avropada yüksək səviyyəli görüşlər keçirir.  Ötən gün o Polşa prezidenti Andjey Duda ilə, ondan əvvəl isə Almaniyada Frank Valter Ştaynmayerlə görüşüb. Yaxın günlərdə isə Zurabişbili Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlar aparacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
32 yaşlı kişinin meyiti aşkar edilib
Öncəki yazı
3 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı