This is a specific ad

Salome Zurabişvili: Rusiya ilə Gürcüstan arasında uçuşların belə bir zamanda bərpası yol verilməz

17

Another advertisement

Prezident Salome Zurabişvili Müstəqillik Günü münasibətilə keçirilən paradda çıxışı zamanı, Rusiya ilə Gürcüstan arasında uçuşların bərpasına münasibət bildirib

Gürcüstan prezidenti Salome Zurabişvili, Tbilisidə Müstəqillik Günü münasibətilə keçirilən paradda çıxışı zamanı, Rusiya ilə Gürcüstan arasında uçuşların belə bir zamanda bərpasının yol verilməz olduğunu deyib

“Hökumətə öz xalqının səbrini sınamaq yox, xidmət etmək tapşırılıb. Hökumət ərazinin qorunmasına və sərhədin idarə edilməsinə cavabdehdir – siz bilməlisiniz ki, ölkəyə kim daxil olub, kim çıxır, işğalçı ölkənin ən yüksək siyasi dairəsinin üzvlərinin ölkəyə əvvəlcədən xəbərdarlıq etmədən daxil olmasına inanmaq çətindir”, – deyə Salome Zurabişvili paradda çıxışı zamanı deyib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Qızılhacılı kəndində mağaza qarət olunub
Öncəki yazı
İlham Əliyev Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib