Another advertisement
“Polşanı Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə təbrik edirəm”.
QafqazTürk Media xəbər verir ki, bu barədə sosial şəbəkədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yazır.
“Polşanı Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə təbrik edirəm. Bu mühüm rolda sizə uğurlar arzulayıram. Gürcüstandan biz gürcü xalqına və ümumi Avropa dəyərlərimizə və inkişafına davamlı dəstəyinizi gözləyirik”, – Salome Zurabişvili yazıb.
Məlumat üçün bildirək ki, Polşa ötən gün Avropa İttifaqı Şurasının sədri olub və o, növbəti 6 ay ərzində Avropa İttifaqı Şurasına rəhbərlik edəcək. Polşa Avropa İttifaqı Şurasına sədrliyi Macarıstandan götürüb.