Another advertisement
Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani meydanında Yeni il qəsəbəsində quraşdırılmış səhnədən aksiya-yürüş iştirakçılarına müraciət edib.
Zurabişvilinin sözlərinə görə, həm Orbeliani sarayı, həm də meydan gürcü xalqına məxsusdur.
“Bura gələn hər kəsə təşəkkür etmək istəyirəm. Sizə deyim ki, bura bizimdir. Bu mərhələ bizimdir, bizi həbs edə bilməzlər. Orbeliani meydanı, saray, bu yer bizimdir, sizindir. Mən təkcə Kaxetidən deyiləm, həm də Maqreləm, Quriyadanam və gürcüyəm. Çox sağ olun! Saat 21:00-da görüşəcəyik”, – deyə prezident bildirib.
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili saat 21:00-da Rustaveli prospektində keçirilən mitinqdən vətəndaşlar qarşısında çıxış edəcək.