“Yəqin ki, impiçment olacaq və həbs olunacağam”
QafqazTürk Media xəbər verir ki Salome Zurabişvili mətbuat konfransında verilən “Gürcü arzusu” seçkilərdə qalib gəlsə, nə baş verəcək sualına belə cavab verdi.
Zurabişvilinin sözlərinə görə, bu seçkilər ekzistensial əhəmiyyət kəsb edir.
Eyni zamanda prezident müxalifət seçkilərdə qalib gəlsə, Rusiya ilə Qərb arasında münasibətlər necə balanslaşdırılacaq, yaxud Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaqmı sualına cavab verib.
Zurabişvilinin sözlərinə görə, “Gürcüstan heç vaxt Rusiya ilə Qərb arasında münasibəti balanslaşdırmayıb”.
“Nüanslar olsa da, Gürcüstan Moldova ilə eyni səviyyədə sanksiyalara qoşulub. Bu problem deyil. Gürcüstan heç vaxt Rusiya ilə Qərb arasında münasibətləri balanslaşdırmayıb. “Gürcü arzusu”nun uzun hakimiyyət dövründə də getdiyi aydın bir yol var idi və o, Avropaya inteqrasiya yolu idi, çünki Gürcüstanın müstəqillik, firavanlıq, sülh tapacağı başqa alternativ yoxdur. Hətta əhalinin 90%-i belə düşünür. Onlar gürcü yolunu belə dəstəkləyirlər. Son 30 ildə əhalini bu yoldan heç nə dayandırmayıb”, Salome Zurabişvili bildirib.