Salome Zurabişvili İlia Topurianı “Şərəf” ordeni ilə təltif edib

4

Gürcüstan Prezidenti Salome Zurabişvili UFC-nin çempionu İlia Topurianı “Şərəf” ordeni ilə təltif edib.

QafqazTürk.com xəbər verir ki,İlia Topuria Gürcüstanda qarışıq döyüş sənətinin populyarlaşdırılmasında xüsusi şəxsi töhfəsinə və uğurlu idman fəaliyyətinə görə mükafatlandırılıb.

İlia Topurianın qeyd etdiyi kimi, bu adı almaq onun üçün böyük şərəfdir.

“Bu adı almaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanı sıravi bir vətəndaş kimi tərk etdim, bu gün bura sizin yanınıza qayıdıram və belə bir ad alarkən qürur hissi keçirirəm. Belə xoş sözlərə görə sizə təşəkkür etmək istəyirəm. İndi gedəcəyik, Gürcüstan millisinə azarkeşlik edəcəyik və mütləq qalib gələcəyik. Gəldiyiniz üçün hər kəsə minnətdaram, yaşasın Gürcüstan”- İlia Topuria açıqlayıb.

Bundan əlavə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin qeyd etdiyi kimi, İlia Topuria və onun kimi insanlar gənclər üçün canlı nümunədir.

“Mükafatı İlia Topuriaya təqdim etmək imkanım olduğuna görə olduqca xoşbəxtəm. O, bir çox aspektlərdə, o cümlədən gənclər üçün, istər Gürcüstanda, istərsə də xaricdə hansı nailiyyətlərin əldə edilməsinin mümkünlüyü baxımında, olduqca nümunəvidir. İlia Topuria və onun kimi insanlar gənclər üçün canlı nümunədir. Ümumiyyətlə, cəmiyyətimizdə nümunələr azdır, ona görə də bu çox vacibdir. Siz Gürcüstan vətəndaşlığını saxlamaq istəyinizi dilə gətirdiniz. Bu həm də xaricdə yaşayanların vətəndaşlıq istəyini vaxtında ifadə etmələri üçün ciddi mesajdır. Vətəndaşlığın saxlanması, bərpası, verilməsinin müxtəlif formaları var, əsas istəkdir, iradədir və siz bu iradəni göstərmisiniz. Harda olursan ol, nə qədər uğurlu olursan ol bu, gürcülükdür, öz ölkənə sədaqətdir. Buna görə bir daha təşəkkür edirəm” – Salome Zurabişvili İlia Topuriaya müraciət edib.

UFC-nin çempionu İlia Topuria baş nazir İrakli Kobaxidzenin dəvəti ilə martın 18-də Gürcüstana gəlib.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
პრეზიდენტმა ილია თოფურია ღირსების ორდენით დააჯილდოვა
Öncəki yazı
Kaxetidə həyat yoldaşını və onun azyaşlı qohumunu öldürməyə cəhd edən şəxs saxlanılıb