This is a specific ad

Salome Zurabişvili İlham Əliyevi təbrik edib

13

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qalib gəlməsi və yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik ünvanlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin rəsmi veb-saytında məlumat dərc edilib.

Sözügedən təbriki təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.
Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.
Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.

Hörmətlə,
Salome Zurabişvili
Gürcüstanın Prezidenti“.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ავთანდილ ოთინაშვილი: “აზერბაიჯანში ჩატარებული საპრეზიდენტო არჩევნები თავისი გამჭვირვალობით, თავისუფლებითა და დემოკრატიულობით ყველასთვის მაგალითია!” – ფოტო
Öncəki yazı
იანვარში ქუთაისის საერთაშორისო აეროპორტში მგზავრთნაკადი 78 %-ით გაიზარდა