Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili ona qarşı böhtanların həddi aşdığını bildirib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb.
“Bu 4 il ərzində diqqətinizi çəkibsə görərdiniz ki, mən heç bir şayiə və böhtana cavab vermirəm amma hər şeyin həddi var!” Mənə maraqlıdır ki, Rodionovun çəkməsi ilə gürcü polisini harda, nə vaxt və hansı sözlərlə müqayisə etmişəm? Ya da belə bir müqayisə hansı xəstə beyində doğulmalı idi? Bunu kim yayırsa, dövləti, onun qurumlarını və… özünü təhqir edir. Ümumiyyətlə, insanın beynində, ruhunda, ürəyində nə olmalıdır ki, belə bir şeyi fikirləşib şayiəyə çevirsin!”, – deyə Salome Zurabişvili yazıb.