• 03 Dekabr 2023 10:53

Salome Zurabişvili: “Hər şeyin həddi var!”

Avatar photo

ByHacı Xəlilzadə

Apr 11, 2023

Gürcüstan prezidenti Salome Zurabişvili ona qarşı böhtanların həddi aşdığını bildirib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb.

“Bu 4 il ərzində diqqətinizi çəkibsə görərdiniz ki, mən heç bir şayiə və böhtana cavab vermirəm amma hər şeyin həddi var!” Mənə maraqlıdır ki, Rodionovun çəkməsi ilə gürcü polisini harda, nə vaxt və hansı sözlərlə müqayisə etmişəm? Ya da belə bir müqayisə hansı xəstə beyində doğulmalı idi? Bunu kim yayırsa, dövləti, onun qurumlarını və… özünü təhqir edir. Ümumiyyətlə, insanın beynində, ruhunda, ürəyində nə olmalıdır ki, belə bir şeyi fikirləşib şayiəyə çevirsin!”, – deyə Salome Zurabişvili yazıb.

10200cookie-checkSalome Zurabişvili: “Hər şeyin həddi var!”

Bir cavab yazın