Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə 5000 lari məbləğində cərimə tətbiq edilməsinə kəskin reaksiya verib.
QafqazTürk media xəbər verir ki, bu barədə Zurabişvili sosial şəbəkədə yazıb. O qeyd edib ki, bu hadisə təkcə bir diplomata qarşı inzibati tədbir deyil, həm də “Gürcü kabusunun” artıq beynəlxalq miqyasda hiss olunduğunun göstəricisidir.
“Gürcü kabusu diplomatları qorxudur, vətəndaşları susdurur və Avropa prinsiplərinə məhəl qoymur. Vətəndaşların səsi susdurulur, demokratik normalara hörmət edilmir, azadlıq təhlükə altındadır. Avropa buna göz yummamalıdır!” – Zurabişvili bildirib.
O, Valtonenə qarşı cəriməni “dünyaya siqnal” adlandıraraq, Avropa İttifaqını baş verənlərə reaksiya verməyə çağırıb