“Geri çəkilmək küçələrdə dayanan insanlara xəyanət olardı. İnsanları küçələrə çıxmağa çağıran mən olmasam da, onları təmsil edən mənəm”.
QafqazTürk Media xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili İtaliya Senatında senatorun bu vəzifədə olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, prezident postunu tərk etmək fikrində deyil.
“Mən müəyyən bir əlaqəyəm, simvolam və küçələrdə olan bu insanların bu simvola ehtiyacı var. Bu həm də sabitliyin bir formasıdır. Həmçinin tərəfdaşlarımız kiminlə danışa biləcəklərini bilməlidirlər, çünki çoxlu siyasi partiyalar var, küçə etirazlarından yaranan çoxlu yeni formalar və qüvvələr var. Deməli, gürcü cəmiyyətinin bu çox geniş spektri ilə danışmaq üçün bir əlaqə vasitəsi olmalıdır və bu cəmiyyət mənim vasitəmlə dəstəklənməlidir və onlara dəstək olmalıdır”, – prezident bildirib.