This is a specific ad

Salome Zurabişvili Bidzina İvanişvilini debata dəvət edib

123

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilini debata dəvət edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Salome Zurabişvili Orbeliya sarayında keçirilən mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Bidzina İvanişvili ölkə üçün “nə istədiyi” ilə bağlı bəzi mövqelərini izah etməlidir.

“Heç kim onun harada olduğunu, nə istədiyini, niyə istədiyini və bu ölkəyə nə etdiyini başa düşə bilmədi. Mən debata hazıram və onu müzakirəyə dəvət edirəm. Mən onunla şəxsən görüşməyəcəyəm. O, özünü əsas idarəçi hesab edir. Dövlətin birinci şəxsi mənəm və İvanişvili debata gəlsin müzakirələr aparaq.

Məni heç nə maraqlandırmır, faktlara baxaraq ölkənin hara getdiyini görürəm və bəzi mövqelərə aydınlıq gətirməyi ictimaiyyətə borc bilirəm. O, bəzi mövqeləri izah etməlidir, niyə iki dəfə qismən korrupsiya ilə bağlı korrupsioner baş naziri buraxıb sonra yenidən başqa vəzifəyə gətirib.

O, bu ölkə üçün nə istədiyini heç olmasa seçkilərdən əvvəl bizə açıqlasın, ona görə də düşünürəm ki, bizi yaxşı debat gözləyir”,- Salome Zurabişvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ხვალიდან ამინდი შეიცვლება – ნახეთ ახალი პროგნოზი
Öncəki yazı
5G İnternetin tətbiqi üçün elan olunan hərracda ,,Silknet” və ,,Magti” iştirak etməkdən imtina etdi