Salome Zurabişvili bəyanat yayıb

3

“Nümayəndələrimə təşəkkür edirəm… onlar Prezident İnstitutunu ləyaqətlə müdafiə etdilər”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb.

“Analoqu olmayan məhkəmə prosesində həm mənə, həm də onlara qarşı hər cür psixoloji, mənəvi təzyiqlərə, təhqirlərə tab gətirən, absurd və mövcud olmayan ittihamlar qarşısında Prezident İnstitutunu ləyaqətlə müdafiə edən nümayəndələrimə təşəkkür edirəm”, – deyə Zurabişvili Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Salome Zurabişvilinin Konstitusiya Məhkəməsindəki nümayəndələri Tamar Çuqoşvili və Maya Kopaleişvilidir.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Baş nazir – əminik ki, Avropa İttifaqı Gürcüstanın tərəqqisini, geosiyasi əhəmiyyətini tanıyacaq və ona namizəd statusu verməklə tarixi qərar verəcək
Öncəki yazı
Şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər