This is a specific ad

Salome Zurabişvili axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri ilə görüşüb

79

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili ilə axondroplaziya diaqnozu qoyulmuş uşaqların valideynlərinin görüşü başa çatıb.

Valideynlər prezidentlə görüşdən sonra qeyd ediblər ki, Salome Zurabişvili onlara mümkün qədər kömək edəcək.

Valideynlərin sözlərinə görə, prezident dərman təhlükəsizliyi ilə bağlı maarifləndirmə prosesinə cəlb olunacaq, həmçinin dərmanın idxalı prosesini sürətləndirməyə kömək edəcək.

“Prezident bizə dəstəyini ifadə etdi. Çox xoşdur ki, o, bu sindromdan tam xəbərdar idi. Həkimlərdən dərmanlarla bağlı məlumat alıb, bizi hazır qarşıladı. Prezident bizim hekayəmizi, bu yarım il ərzində nələr yaşadıq, nə problemimiz var və niyə tələsirik , hamısını dinlədi. Büdcədə lazımi qədər pul olduğuna görə, dərmanların uşaqlara çatıdırılması ilə bağlı mümkün qədər maddi-texniki təchizatla məşğul olacağına söz verdi, həmçinin lazımı sənədləri təsdiqləyərək, prosesi sürətləndirməyə kömək edəcək. Prezident büdcədə bunun üçün vəsaitin olmasından böyük məmnunluq duyduğunu və bizə hər cür kömək etməyə hazır olduğunu bildirib. ” – valideynlərdən biri Makuna Qoçiaşvili qeyd edib

Valideynlər deyirlər ki, il yarım əvvəl prezidentə görüş xahişi ilə bağlı məktub göndərmişdilər. Bu gün görüşlə bağlı yenidən Salome Zurabişviliyə müraciət ediblər, bundan sonra prezident administrasiyasının nümayəndələri görüşlə bağlı onlarla əlaqə saxlayıblar.

Sonrakı yazı
Marneulinin ictimai məktəblərindən birində zəhərlənmə qeyd alınıb
Öncəki yazı
İsveç beş rus diplomatını diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə ölkədən çıxarır