This is a specific ad

SAKSTAT: “Yanvar-aprel aylarında Gürcüstan üçün ən iri eksport ölkəsi Ermənistan, ən iri import ölkəsi isə Türkiyə idi”

23

Another advertisement

Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2023-cü ilin yanvar-aprel aylarında Gürcüstanın ümumi eksportunda on ən böyük ixrac partnıyoru ölkənin payı 80.6 faiz təşkil edib.

MSX-nin məlumatına görə, Gürcüstanın ümumi eksportunda ilk yeri 280.8 milyon ABŞ dollar ilə Ermənistan, ikinci yerdə 261.9 milyon ABŞ dolları ilə Azərbaycan, üçüncüdə yerdə isə 226.2 milyon ABŞ dolları ilə Rusiya tutur.

İmporta gəldikdə isə, idarənin məlumatına görə, cari ilin yanvar-aprelində Gürcüstanın ümumi importunda on ən böyük idxal partnyoru ölkənin payı 70.2 faiz təşkil etdi. İlk üçlüyə 786.4 milyon ABŞ dolları ilə Türkiyə, 622.3 milyon ABŞ dolları ilə Rusiya və 412.5 milyon ABŞ dolları ilə ABŞ daxildir.

Sonrakı yazı
Volodimir Zelenski: Ərəb ölkələrinin liderlərini Rusiyanın təsirinə baxmayaraq ukraynalılara kömək etməyə çağırıram – ƏTRAFLI
Öncəki yazı
Vladimir Putin: “Qərb Rusiyanı onlarla müxtəlif dövlət quruluşlarına bölməyə çalışır”