Bu gün Nizami Paşa Saraclının oğlu Babakər Nizamioğlu Gürcüstan Azərbaycanlıları Konqresinin qonağı oldu.
QafqazTürk.com xəbər verir ki, konqres sədri Hüseyn Yusubovla söhbətdə atasının müalicə müddətdə maddi və mənəvi dəstəyinə görə Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quliyevə minnətdar olduğunu bildirərək təşəkkürlərini çatdırmağını xahiş etdi.
Babakər bəy, söhbətinin davamında atasının – Türk dünyasının məşhur şairinin Nizami Paşa Saraclının adının əbədiləşdirilməsi və şairin layiqli ev-muzeyinin yaradılması ilə əlaqədar Gürcüstan hökumətinə böyük ümidlər bəslədiyini bildirdi.
Eyni zamanda, şairin ev-muzeyinin yaradılıb ərsəyə gəlməsində Azərbaycanın və Türkiyənin Gürcüstan səfirliklərinin dəstəyini əsirgəməyəcəklərini bildirdi.
Babakər bəy atasının dəfn mərasiminin təşkilinə göstərdiyi dəstəyə və təşkilatçılığa görə Bolnisi bələdiyyə məclisinin sədr müavini Rəsul Bəxtiyarova da öz təşəkkürünü bildirdi.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Babakər bəyin fikirləri ilə razılaşdığını bildirdi və şairin Elimizin, xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bəyan etdi.