This is a specific ad

Şair Dünyamalı Kərəmlə vida mərasimi keçirilib

125

Another advertisement

Bu gün 28 iyul tarixində Bolnisi bələdiyyəsinin Qoçulu kəndində Gürcüstanın əməkdar jurnalisti, publisistik üslubumuzun patriarxı, Borçalının qeyri-rəsmi xalq şairi, təkcə doğulduğu Qoçulu kəndinin deyil bütün ellərimizin fəxri, ustad Dünyamalı Kərəmlə vida mərasimi keçirilib.

 

Qafqaztürk Media xəbər verir ki, vida mərasimində çıxış edən Əlixan Yəhyaoğlu, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, iki çağırış Gürcüstan Parlamentinin deputatı olmuş Ramiz Bəkirov,”Gürcüstan” qəzetinin baş redaktoru Xaləddin Yolçuyev, Gürcüstanın dini məsələlər üzrə dövlət agentliyinin nümayəndəsi Abay Paşayev, məktəb direktor Vənnahar Qəhrəmanova, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu və digərləri Dünyamalı müəllimin həyat yolunu xatirələr işığında bir daha gözlər önünə sərmiş, son mənzilə toplaşanları duyğulandırmışlar.

Qədim-qayım sazımızınsədaları altında son yolçuluğuna uğurlanan Dünyamalı Kərəmə halallıq verənlər ona uca Allahdan rəhmət diləmişlər.

Şair demiş:

Yaşamaq-yanmaqdır yanasan gərək,

Həyatın mənası yalnız ondadır!

Hədər keçməmiş ömrü ilə yanar şama dönərək əsri yola salmış  Dünyamalı Kərəm kimi!

Məkanı Cənnət olsun!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Qara dənizin kurortlarında 150-yə yaxın ictimai iaşə obyekti yoxlanılıb
Öncəki yazı
Bu gün Paris Yay Olimpiya Oyunlarında üç gürcü idmançı mübarizə aparacaq