Bu gün Gürcüstan Azərbaycanlıları Konqresində tanınmış şair, dəyərli ziyalı, Rusiyanın Ural bölgəsi üzrə GAK-ın təmsilçisi Aslan Gorarxılının 65 illiyinə həsr olunmuş yaddaqalan yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan GAK sədri Hüseyn Yusubov iştirakçıları səmimi salamlayıb, dəvəti qəbul etdikləri üçün onlara minnətdarılq etdi. Sonra şair Aslan Gorarxılının ədəbiyyatımızın inkişafındakı xidmətlərini vurğuladı. Onun bu sahənin öncüllərindən olduğunu kitabları, səmimi yazıları ilə təsdiq etdiyini bildirdi. Məhz bu diqqətəlayiq xidmətlərə və 65 illik yubileyi münasibətilə təltif olunan şairə GAK-ın Fəxri Fərmanını təqdim etdi. Ümidvar olduğunu bildirdi ki, Aslan Gorarxılı şeirimizi, ədəbiyyatımızı bundan sonra da layiqincə təmsil edəcək, gənc yazarlara da örnək olaraq bir stimul verəcəkdir.
Tanınmış həkim, ədəbiyyat sevdalısı İslam İbrahimov, şair Dilqəm Səmədoğlu, müəllim-rəssam Qəşəm Süleymanov, şair Qurbanəli Dərdli (İsgəndəroğlu), məktəb direktoru, saz-söz vurğunu Hümbət Hüseynov, aşıq, şair, sazbənd Bafəli Adıgözəlli, müəllim Kərim Kərimov, yazıçı, tədqiqatçı-etnoqraf Əli Abbas, aşıq Novruz Gorarxılı, şair İbrahimxəlil Məhəmmədəlioğlu şair Aslan Goraxılının həyat və yaradıcılığı barədə öz barədə ürək sözlərini bildirdilər və yubilyara cansağlığı və yeni-yeni yaradıcılıq uğurları dilədilər.
Xoş təəssüratları, bədii sözün sehrinə, ahənginə, ritminə heyranlıqlarla yaddaqlan yubiley tədbirinin sonunda şair Aslan Görarxılı Hüseyn Yusubov başda olmaqla GAK və Qafqaz Türk Media ailəsinə, tədbir iştirakçılarının hər birinə, bütün şeirsevərlərə, zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.
Hüseyn Yusubov bu cür tədbirlərin davamlı olacağını, söz-saz sənətimizin qorunması, yeni inkişaf istiqamətləri yönündə yeni uğurlar qazanılacağına əmin olduğunu bildirdi.
GAK-ın Mətbuat Xidməti