This is a specific ad

Şahmat üzrə çempionatda Gürcüstan Müsəlmanları İdarəsinin komandası qalib gəlib – FOTO

18

Another advertisement

Dini İdarələrlə İş üzrə Dövlət Agentliyinin və Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə 4-5 iyul tarixlərində Tbilisi Şahmat Sarayında Gürcüstanda qeydiyyatdan keçmiş dini birliklər arasında şahmat üzrə çempionat keçirilib.

QafqazTürk.com xəbər verir ki, şahmat çempionatında 12 dini idarə iştirak edib və hər idarə 4 oyunçu ilə təmsil olunub.

İsveçrə sistemi üzrə keçirilən yarışda Ümumgürcüstan Müsəlmanlatı İdarəsinin komandası birinci yerə layiq görülüb.

Şahmatın təbliği məqsədilə keçirilən çempionatın qaliblərinə müxtəlif mükafatlar və hədiyyələr verilib.
Gürcüstanın Müsəlman İdarəsini Tengiz Tsulukidze, Oleq İremadze, Temur və Ramaz Qobadze təmsil edirdi.

Çempionat başa çatdıqdan sonra Gürcüstanın Müsəlman İdarəsinin müftisi Hacı Adam Şantadze qalibləri qəbul edib, onları qələbə münasibətilə təbrik edib, xatirə hədiyyələri təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kateqoriya: Din, İdman, Maraqlı
Sonrakı yazı
“Fənər”in ulduzu “Kral klubu”nda – FOTO
Öncəki yazı
6-10 iyun tarixlərində gözlənilən hava şəraiti