Sadaxlı kəndində “Sadaxlı El Bayramı” qeyd olundu

2

Marneuli bələdiyyəsinin Sadaxlı kəndində ənənəvi olaraq “Sadaxlı El Bayramı” qeyd olundu.

Tədbir çərçivəsində folklor nömrələri ifa edilib, idman tədbirləri təşkil olunub.

Bayram tədbirində çıxış edən qonaqlar, qədim tarixə malik olan, Sadaxlı elinin sakinlərini təbrik edərək bu cür el bayramlarının keçirilməsinin adət ənənələrin yaşaması üçün vacibliyini vurğulayıb.

Keçirilən el şənliyində Sadaxlı kənd sakinləri, gələn qonaqlara milli yeməklər təqdim ediblər.

Qeyd edək ki, Marneuli bələdiyyəsində “Sadaxlı El Bayramı” artıq yeddinci ildir ki qeyd olunur.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Sürücülərin nəzərinə: İyun ayından etibarən avtomobillərlə bağlı yeni qanun qüvvəyə minəcək
Öncəki yazı
Britaniya kəşfiyyatı: “Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Baxmut ətrafındakı mövqelərindən geri çəkilməyə başladı”