This is a specific ad

ŞAD XƏBƏR – Bu şəxslərin maaşları artırılacaq

47

Another advertisement

Hüquq məsələləri komitəsi birinci oxunuşda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsini müzakirə edib.

QafqazTürk.com xəbər verir ki, qanunlayihəsinə əsasən, resurs mərkəzinin rəhbərləri dövlət qulluqçusu olacaq və “Dövlət qulluğu haqqında” sözügedən qanun onlara da şamil ediləcək.

Təhsil və elm nazirinin müavini Nodar Papukaşvilinin sözlərinə görə, dəyişiklik təxminən 70 resurs mərkəzinin rəhbərlərinə şamil olunacaq.

“Resurs mərkəzinin rəhbərlərinin dövlət qulluqçusu olması ilə yanaşı, onların əməkhaqqı 400-500 lariyə qədər artacaq. Bununla yanaşı, bütün dövlət qulluqçuları kimi onların da maaşlarına 10% artım veriləcək”. – deyə Nodar Papukaşvili qeyd edib.

Qanunlayihəsinin müəllifi Təhsil və Elm Nazirliyi, təşəbbüskarı isə Gürcüstan hökumətidir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Çox çörək yeyənləri gözləyən 2 xəstəlik
Öncəki yazı
Hakan Fidan avropalı diplomatlarla Qafqazı müzakirə etdi