This is a specific ad

Sabahdan etibarən bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

228

Another advertisement

Sentyabrın 14-19-da gündüz saatlarında Qurcaani-Çabukyan-Afeni-Kabali yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamentindən məlumat verilib.

Əldə olan məlumata görə, daxili dövlət əhəmiyyətli Qurcaani-Çabukyan-Afeni-Kabal avtomobil yolunun Km1-Km5 hissəsində, sözügedən avtomobil yolunun Km1-Km3 hissəsində  bərpa işləri ilə əlaqədar , 2024-cü ilin sentyabrın 14-dən 19-dək, hər gün səhər saat 08:00-dan 23:00-dək bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Gecə-gündüz qalan vaxtlarda isə nəqliyyatın hərəkəti azaddır.

Magistral yol bağlandıqda kənddə nəqliyyatın hərəkəti Ğitaandan keçən yerli avtomobil yollarından istifadə etməklə həyata keçiriləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avtomobil ustası faciəli şəkildə həyatını itirdi Avtomobil…
Öncəki yazı
“Gürcü arzusu”nun nümayəndəsi Davit Şerazadişvili Çalka sakinləri ilə görüşüb