This is a specific ad

Sabah Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri görüşəcək

50

Another advertisement

“Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək”.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir.

“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın müdafiə naziri İlham Əliyev ilə görüşüb
Öncəki yazı
Litva tarixdə ilk dəfə olaraq Rusiyanın enerji sistemindən ayrılıb