“Birlik – Milli Hərəkat” koalisiyasının liderlərindən olan Qiorqi Vaşadze əhalini sabah, saat 11:00-da yenidən Tbilisi Apellyasiya Məhkəməsinin qarşısına toplaşaraq etiraz aksiyasına çağırıb.
QafqazTürk Media xəbər verir ki, Tbilisi Apellyasiya Məhkəməsində məxfiliyin pozulması ilə bağlı işlərə baxılması sabaha qədər təxirə salınıb.
“Məhkəmə sabaha qədər təxirə salınıb. Sabah saat 12:00-da bir proses, 14:00-da isə başqa proses var. Sabah, saat 11:00-da hamınız yenidən bura toplaşın. Bu gün faktiki olaraq məhkəməni bağlayıblar, görünür ki, içəridə heç bir proses yoxdur”, – Vaşadze bildirib.
Bundan əlavə, Vaşadze əhalini bu gün saat 16:00-da Kutaisi Apellyasiya Məhkəməsinə gələrək öz mövqelərini bildirməyə çağırıb.
“Həmçinin, saat 16:00-da Kutaisidə məhkəmə başlayır və indi bizi izləyənlər Kutaisi apellyasiya binasına gedirlər. Batumidə də analoji məhkəmə prosesləri olacaq və sizdən xahiş edirik ki, orada da eyni tipli toplantılar təşkil edəsiniz.
Sistemi tamamilə çökdürənə qədər hər gün müqavimətlə qarşılaşacağıq. Biz qalib gələcəyik və bu qələbəni heç kimə verməyəcəyik!”, – deyə Vaşadze qeyd edib.