Oktyabrın 26-da Gürcüstanda XI çağırış parlament seçkisi keçiriləcək. İlk dəfə olaraq parlament seçkiləri tam proporsional sistemlə keçiriləcək – parlamentin bütün 150 mandatı 5 faizlik seçki baryerini keçən seçki subyektləri arasında proporsional şəkildə bölünəcək.
Həmçinin ilk dəfə olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkiləri elektron şəkildə ba tutacaq və burada seçicilərin təxminən 90%-i elektron cihaz vasitəsilə səs verəcək.
MSK-nın məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Elektron texnologiyalardan istifadə etməklə 3 milyon 113 min 747 seçici seçkilərdə iştirak edəcək.
2024-cü il parlament seçkilərində 18 seçki subyekti iştirak edir. Seçici aşağıdakı siyasi birliklər arasında seçim etməli olacaq:
(#41) “Gürcü arzusu”
(№5) “Birlik – Milli Hərəkat”
(#4) “Dəyişiklik üçün koalisiya” – Qvaramia, Melia, Qirçi, Droa
(#9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!”
(#25) “Qaxaria Gürcüstan üçün ”
(#8) “Gürcü Vətənpərvərlər Alyansı”
(#10) “Gürcüstanın Leyboristlər Partiyası”
(#36) “Qirçi”
(#23) “Biz”
(#6) “Avropalı Demokratlar”
(#17) “Gürcüstan”
(#12) “Bizim Vahid Gürcüstanımız”
(#26) “Sol Alyans”
(#20) “Azad Gürcüstan”
(#21) “Tribuna”
(#16) “Gürcüstanı dəyiş”
(#27) “Gürcü birliyi”
(#3) “Gürcüstan Birlik və İnkişaf Partiyası”
MSK-nın məlumatına görə, ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək. Bunlardan Gürcüstanda 3044 məntəqə, o cümlədən müstəsna hallarda yaradılmış 13 məntəqə açılıb, onlardan 12-si cəzaçəkmə müəssisələrində, biri isə psixi sağlamlıq mərkəzindədir.
Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil edilib.