Sabah Marneulidə uşaqlar üçün əyləncə tədbirləri keçiriləcək

1

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, Marneulidə uşaqlar üçün əyləncə tədbirləri keçiriləcək

Marneuli Munisipaliteti Meriyasının təşkilatçılığı və Marneuli Məktəbəqədər Təhsil Mərkəzinin iştirakı ilə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq müxtəlif mədəni-idman tədbirləri keçiriləcək.

“Dünya Uşaqlarına Sülh” adlı tədbirin proqramını təqdim edirik:

Əyləncə sahəsi;

🎨 Rəsm üzrə ustad dərsləri;

🤹🏻‍♂️ Animatorların şousu;

🦸🏻‍♂️ Nağıl qəhrəmanlarının 2 saatlıq performansı;

📀 Uşaqların əhval-ruhiyyəsi ilə “DJ” məşğul olacaq;

🥋 İdman fəaliyyəti – cüdo üzrə ustad dərsləri (“Cudo Kids” idman məktəbində keçirilir).

⏳️ Tədbir 15:00-da başlayacaq və 17:00-da başa çatacaq.

Məkan: M. Cavaxişvilinin büstü yerləşən park.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür
Öncəki yazı
Avropa İttifaqı vizasız rejimə nəzarəti gücləndirmək niyyətindədir – ƏTRAFLI