“Sabah gecə əhəmiyyətli olacaq”- Donald Tramp

64

ABŞ prezidenti Donald Tramp özünün Tvitter səhifəsində yazıb:

“Sabah gecə əhəmiyyətli olacaq, mən bunu olduğu kimi deyəcəyəm”.

Məlum olduğu kimi, sabah ABŞ prezidenti Konqresdə ilk çıxışını edəcək.

Fox News-un məlumatına görə, Tramp Konqresin birgə iclasında çıxış edəcək, qanunvericilik prioritetlərini açıqlayacaq və administrasiyasının vəzifədə olduğu müddətdə gördüyü işləri vurğulayacaq.

Trampın Konqresə müraciəti Vaşinqton vaxtı ilə saat 21:00-a planlaşdırılıb.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Marneulidə qanlı hadisə: Mübahisə bıçaqlanma ilə nəticələnib
Öncəki yazı
Diabetlə mübarizə aparmağa kömək edən qidalar