“Sabah Avropa Parlamentində mühüm qətnamə qəbul ediləcək və orada təkrar seçkilərin keçirilməsinin vacibliyi müzakirə olunacaq – Avropa Parlamentinin deputatlarının artıq qeyd etdiyi kimi, qətnamə bir növ qırmızı xətt olacaq və ondan kənarda seçkiləri bərpa etmək mümkün deyil”.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava öz çıxışında bildirib.
Bokuçavanın sözlərinə görə, “biz Gürcüstanı beynəlxalq təcriddən yalnız təkrar seçkilər yolu ilə çıxara bilərik”.
“Biz Avropa Parlamentinin deputatları ilə görüşlərimizi davam etdiririk. Dünən biz də 26 oktyabr seçkilərinin gürcü xalqının azad iradəsini əks etdirmədiyini görən bir çox deputatla görüşdük. Sabah onlar çox mühüm qətnamə qəbul edəcəklər, orada təkrar seçkilərin keçirilməsinin vacibliyindən danışacaqlar. Həmçinin, Gürcüstan hakimiyyətinə prezident Mixail Saakaşvilini azad etmək üçün növbəti çağırış olacaq, çünki Avropa arzusunda olan bir ölkədə prezident Mixail Saakaşvili timsalında siyasi məhbusun olması yolverilməzdir. Bu qətnamə, artıq avropalı deputatların da qeyd etdiyi kimi, bir növ qırmızı xətt olacaq ki, ondan kənarda “Gürcü arzusu” ilə Avropa İttifaqı arasında münasibətləri bərpa etmək mümkün deyil. Bu, Gürcüstanı beynəlxalq təcriddən yalnız təkrar seçkilər yolu ilə çıxara biləcəyimiz məqamdır”- Tina Bokuçava qeyd edib.