This is a specific ad

Sabah Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstan məsələsini müzakirə edəcəklər

40

Another advertisement

Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə sabah Gürcüstanla bağlı məsələ müzakirə olunacaq.

QafqazTürk Media xəbər verir ki, xarici işlər nazirlərinin görüşü dekabrın 16-da yerli vaxtla saat 10:00-da Brüsseldə başlayacaq və ona ilk dəfə olaraq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas sədrlik edəcək.

Xarici Əlaqələr Şurasında Gürcüstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Gündəliyə əsasən, Aİ xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzü məsələsini müzakirə edəcəklər. Həmçinin, Suriya və Livan da daxil olmaqla, Yaxın Şərqdə baş verən son hadisələr müzakirə olunacaq.

Xatırladaq ki, Avropa İttifaqının sözçüsü Anita Hiper dekabrın 10-da Gürcüstanla bağlı şərhində Avropa İttifaqının dekabrın 16-da Aİ ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə “əlavə tədbirləri” müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstan əhalisi, onların demokratik və avropalı arzuları ilə həmrəy olduğunu bildirir.

Sonrakı yazı
Marneulidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili tədbir keçirilib
Öncəki yazı
“Biz idarə etmək istəyirik, yoxsa idarə olunmaq?”- Şalva Papuaşvili