Sabah Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər xidmətinin mətbuat xidməti məlumat yayıb.
Aİ xarici işlər nazirləri Brüsseldə qeyri-rəsmi görüşdə Ukraynadakı mövcud vəziyyəti müzakirə edəcəklər. İclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.
Daha sonra nazirlər Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə edəcəklər. Həmçinin, Aİ xarici işlər nazirləri Yaxın Şərqdə davam edən münaqişə və Venesueladakı siyasi böhran barədə danışacaqlar.
Cümə günü, avqustun 30-da Brüsseldə Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək və burada Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri cəbhə xəttində baş verənlər barədə nazirləri məlumatlandıracaqlar.