This is a specific ad

Saatlarla heç nə yeməmək… – Diqqət!

269

Another advertisement

Mütəxəssislərə görə,  saatlarla ac qalmaq öd kisəsinin düşmənidir.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı mütəxəssislər acqalmanın ödə zərərindən danışıb.

Məlumatda qeyd olunub ki, interval aclıq deyə dəbə düşən qidalanma var. İnsanlar sağalmaq, arıqlamaq üçün buna can atır. Amma uzun fasiləli ac qalmaq öd kisəsinin vəziyyətini pisləşdirir.

“Aclıq öd kisəsində daşlar əmələ gətirir. Yemək arasında fasilə nə qədər uzundursa, daş əmələ gəlmə bir o qədər çox yaranır. İnsan uzun müddət ac qalanda öd kisəsi öd şirəsi ilə dolur, o isə qida olmadığı üçün çöküntüyə çevrilir, onda olan xolesterin əvvəlcə qum, sonra daşa dönür. Öd kisəsində daş əmələ gəlməsinə digər səbəblər az maye qəbulu, oturaq həyat və orqanizmdə xolesterin çoxluğudur”, – deyə mütəxəssislər bildirib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
18 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Sonrakı günlərdə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb