Səyahətçilər üçün şad xəbər- İyun ayında qüvvəyə minəcək dəyişiklik

55

İyunun 3-dən Wizz Air Kutaisi və Lion arasında müntəzəm uçuşlara başlayacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

Yeni birbaşa reyslər Kutaisi David Ağmaşenebeli Beynəlxalq Hava Limanından Lion Saint-Exupery hava limanına və əksinə, həftədə iki dəfə (çərşənbə axşamı, şənbə) yerinə yetiriləcək.

Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, yeni marşrut Gürcüstan vətəndaşlarının səyahət imkanlarını artıracaq və Gürcüstan və Fransa arasında əlaqələri gücləndirəcək.

“İyun ayından biz Kutaisi Beynəlxalq Hava Limanının sərnişinlərinə daha bir xoş yenilik təqdim edəcəyik. Lion Parisdən sonra Gürcüstana birbaşa hava yolu ilə bağlanan ikinci Fransa şəhəri olacaq. Yeni marşrut Kutaisi ilə Fransanın ən mühüm mədəniyyət və iqtisadi mərkəzlərindən biri arasında rahat gediş-gəliş təmin edəcək. Gürcü azarkeşlər üçün də sevindirici xəbər olacaq ki, “Gürcüstan millisi”nin  oyunlarına asanlıqla qatılsınlar”, – deyə İrakli Karkaşadze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
61-ci Münhen Təhlükəsizlik Konfransı açılıb
Öncəki yazı
Milli Ekologiya Agentliyinin məlumatına görə, fevralın 15-17-də Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti gözlənilir