Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar davam edir

38

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Məlumatı Ukraynanın müdafiə naziri Rüstəm Umerov sosial şəbəkədə yayıb.

O bildirib ki, bugünkü iclas texniki məsələlərə həsr olunub.

“Biz Ər-Riyadda Amerika komandası ilə görüşə başlamışıq. Biz Ukrayna prezidentinin ədalətli sülhə yaxınlaşmaq və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı göstərişini yerinə yetiririk. Enerji obyektlərinin və mühüm infrastrukturun mühafizəsi ilə bağlı təkliflər gündəmdədir. Bu gün biz bir sıra mürəkkəb texniki məsələlər üzərində işləyirik – nümayəndə heyətimizə energetika ekspertləri, eləcə də hərbi dəniz və hava komponentlərinin hərbi nümayəndələri daxildir”.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
25 mart tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
İrakli Kobaxidze hökumət administrasiyasında Nikol Paşinyanı qəbul edib