Ölkədə keçirilən Parlament seçkilərində səsvermə prosesi başa çatıb.
QafqazTürk Media məlumat verir ki, bu gün saat 08:00-da başlayan səsvermə prosesi 20:00-da yekunlaşıb.
Parlamentin 150 mandatı 5%-lik seçki baryerini keçən seçki subyektləri arasında proporsional qaydada bölüşdürüləcək.
Eyni zamanda, cari il seçkilər ilk dəfə elektron formatda keçirilib və seçicilərin təxminən 90%-i elektron cihazlar vasitəsilə səs verə bildi.
MSK-nın məlumatına görə, 26 oktyabr seçkilərində seçicilərin ümumi sayı 3 508 294 nəfər idi.
2024-cü ilin parlament seçkilərində 18 seçki subyekti iştirak etdi. Seçicilər aşağıdakı siyasi birliklər arasından seçim etdilər:
(#41) “Gürcü Arzusu“
(#5) “Vahid Milli Hərəkat“
(#4) “Dəyişiklik üçün Koalisiya” – Qvaramiya, Melia, Girçi, Droa
(#9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!
(#25) “Qaxaria Gürcüstan üçün“
(#8) “Gürcüstanın Vətənpərvərlər Alyansı“
(#10) “Gürcüstan Əmək Partiyası“
(#36) “Girçi“
(#23) “Biz“
(#6) “Avropalı Demokratlar“
(#17) “Gürcüstan“
(#12) “Bizim Birləşmiş Gürcüstan“
(#26) “Sol Alyans“
(#20) “Azad Gürcüstan“
(#21) “Tribuna“
(#16) “Gürcüstanı Dəyiş“
(#27) “Gürcü Birliyi“
(#3) “Gürcüstanın Birlik və İnkişaf Partiyası“
MSK-nın məlumatına görə, seçicilərə ümumilikdə 3 111 seçki məntəqəsi xidmət göstərdi. Bunlardan 3 044-ü Gürcüstanda açıldı və 13-ü xüsusi hallarda yaradılmış məntəqələr idi. Onlardan 12-si penitensiar müəssisələrdə, biri isə Psixi Sağlamlıq Mərkəzində açıldı.
Xaricdə yaradılmış məntəqələrə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi təşkil edildi. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil idi.