This is a specific ad

Şərqi və Qərbi Gürcüstanı birləşdirən yolun açılışı olub

18

Another advertisement

Şərqi və Qərbi Gürcüstanı birləşdirən beynəlxalq əhəmiyyətli avtomobil yolunun Rikoti aşırımı hissəsindən keçən hisəsinin açılışı olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilir ki, magistralın 27 km-lik yeni dördzolaqlı hissəsi Xaraqauli bələdiyyəsinin Xevi kəndi yaxınlığından başlayır və Zestafoni bələdiyyəsinin Şorapani qəsəbəsində bitir. Yolun sözügedən hissəsinə 65 körpü və 38 tunel daxildir.

Yolun qeyd edilən hissəsi səyahət müddətini 25 dəqiqə azaldır. Bundan əlavə, Gürcüstanın ən uzun körpüsü və ən uzun tuneli də məhz magistralın Xevi-Şorapani hissəsində qurulub. Körpünün uzunluğu 1362 metr, tunelin uzunluğu isə 1640 metrdir.

Nazirliyin məlumatına görə, Rikoti layihəsi çərçivəsində ümumilikdə 51 tunel və 97 körpü tikilir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Tbilisidə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Öncəki yazı
ვინ ვართ? საიდან მოვდივართ? ვინაა ქართველთა მონათესავე ეთნოსი