This is a specific ad

Səhiyyə Nazirliyi əlillər üçün yeni xidmətlər təqdim edib

253

Another advertisement

Cari ilin oktyabr ayından dövlət vəsaiti hesabına “Əlillərin müstəqil həyatını dəstəkləyən informasiya-məsləhət xidməti” (müstəqil həyat mərkəzi) fəaliyyətə başlayıb. Mərkəz “Uşaqların sosial reabilitasiyası və inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə nazirinin müavini İrine Tsakadze, parlamentin Səhiyyə və sosial məsələlər komitəsinin sədri Zaza Lominadze və Dövlət Qayğı Agentliyinin direktoru Rusudan Koxodze belə mərkəzlərdən birinin fəaliyyəti ilə tanış olublar.

“Nazir müavininin sözlərinə görə, analoji mərkəzlərin fəaliyyəti əlillərin müstəqil həyatına və cəmiyyətə mükəmməl inteqrasiyasına töhfə verəcək.

Mərkəzlərin işinin standartlaşdırılması məqsədilə 2023-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Əlillərin Müstəqil Yaşayış Mərkəzinin minimum xidmət standartları” təsdiq edilib, 2024-cü ilin oktyabr ayından isə xidmət dövlət proqramının tərkib hissəsinə çevrilib”,- məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
ბოლნისის მუნიციპალიტეტში მრავალფუნქციური სპორტული დარბაზი გაიხსნა
Öncəki yazı
ცნობილია, ვინ არის, თბილისში, გვიან ღამით მოკლული ახალგაზრდა