Şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər

1

Şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları sərhəd nəzarətindən daha asan keçəcəklər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında deyilir.

Agentlikdən verilən məlumata görə, Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ilk dəfə olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) biometrik pasportun və elektron şəxsiyyət vəsiqəsinin həqiqiliyini təsdiq edən ölkənin əsas imza atma sertifikatlarını təqdim edib.

Açıq Açar Kataloq Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan 193 ölkənin məlumatlarını özündə birləşdirən vahid sənəd identifikasiyası sistemidir ki, bu da sərhədlərdə dövlətlər arasında səyahət sənədləri haqqında məlumatın təhlükəsiz və sürətli mübadiləsini asanlaşdırır.

Ölkənin əsas imzalayan sertifikatlarının ICAO standartlarına uyğunluğu Gürcüstan adından verilən səyahət sənədlərinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır.

Nəticədə şəxsiyyət vəsiqəsi və biometrik pasportu olan Gürcüstan vətəndaşları 193 ölkədə sərhəd nəzarətindən daha asan keçəcəklər.

0
0
Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Salome Zurabişvili bəyanat yayıb
Öncəki yazı
Araik Arutyunyan saxlanılıb