Şəxsi təyyarə uçuş-enmə zolağından çıxıb və park edilmiş təyyarə ilə toqquşub

76

ABŞ-ın Arizona ştatındakı Skottsdeyl hava limanında şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq park edilmiş təyyarəyə çırpılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı DailyMail yayıb.

Təyyarə qəzasında pilot dünyasını dəyişib, bir neçə nəfər isə  yaralanaraq xəstəxanaya çatdırılıb.

Məlum olduğu kimi, təyyarə Motley Crue-un solisti Vince Neil-ə məxsusdur.

KİV-in məlumatına görə, təyyarə qəzası zamanı solistin rəfiqəsi və dostu təyyarədə olub. Onlar sağ qalıb, lakin xəstəxanaya aparılıblar. Müğənninin sevgilisinin 5 qabırğası sınıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Lela Çikovani Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru təyin edilib
Öncəki yazı
Tələbələr şəxsiyyət vəsiqələrinə tələbə statusunu əlavə edə bilərlər- Araşdırma