Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılır

68

Reuters xəbər verir ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılır.

“Reuters”in məlumatına görə, görüşdə tərəflər Ukraynada davam edən müharibəyə son qoymaq və ABŞ-Rusiya münasibətlərini bərpa etmək yollarını müzakirə edəcəklər.

Ər-Riyaddakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uittok, Rusiya tərəfini isə xarici işlər naziri Serqey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil edir.

Sonrakı yazı
Vladimir Zelenski Türkiyədədir
Öncəki yazı
130 illiyin mübarək, böyük ustad!