Another advertisement
Reuters xəbər verir ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılır.
“Reuters”in məlumatına görə, görüşdə tərəflər Ukraynada davam edən müharibəyə son qoymaq və ABŞ-Rusiya münasibətlərini bərpa etmək yollarını müzakirə edəcəklər.
Ər-Riyaddakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uittok, Rusiya tərəfini isə xarici işlər naziri Serqey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil edir.