This is a specific ad

Səs vermə prosesi başa çatdı

262

Another advertisement

Ölkədə keçirilən Parlament seçkilərində səsvermə prosesi başa çatıb.

QafqazTürk Media məlumat verir ki, bu gün saat 08:00-da başlayan səsvermə prosesi 20:00-da yekunlaşıb.

Parlamentin  150 mandatı 5%-lik seçki baryerini keçən seçki subyektləri arasında proporsional qaydada bölüşdürüləcək.

Eyni zamanda, cari il seçkilər ilk dəfə elektron formatda keçirilib və seçicilərin təxminən 90%-i elektron cihazlar vasitəsilə səs verə bildi.

MSK-nın məlumatına görə, 26 oktyabr seçkilərində seçicilərin ümumi sayı 3 508 294 nəfər idi.

2024-cü ilin parlament seçkilərində 18 seçki subyekti iştirak etdi. Seçicilər aşağıdakı siyasi birliklər arasından seçim etdilər:

(#41) “Gürcü Arzusu“

(#5) “Vahid Milli Hərəkat“

(#4) “Dəyişiklik üçün Koalisiya” – Qvaramiya, Melia, Girçi, Droa

(#9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!

(#25) “Qaxaria Gürcüstan üçün“

(#8) “Gürcüstanın Vətənpərvərlər Alyansı“

(#10) “Gürcüstan Əmək Partiyası“

(#36) “Girçi“

(#23) “Biz“

(#6) “Avropalı Demokratlar“

(#17) “Gürcüstan“

(#12) “Bizim Birləşmiş Gürcüstan“

(#26) “Sol Alyans“

(#20) “Azad Gürcüstan“

(#21) “Tribuna“

(#16) “Gürcüstanı Dəyiş“

(#27) “Gürcü Birliyi“

(#3) “Gürcüstanın Birlik və İnkişaf Partiyası“

MSK-nın məlumatına görə, seçicilərə ümumilikdə 3 111 seçki məntəqəsi xidmət göstərdi. Bunlardan 3 044-ü Gürcüstanda açıldı və 13-ü xüsusi hallarda yaradılmış məntəqələr idi. Onlardan 12-si penitensiar müəssisələrdə, biri isə Psixi Sağlamlıq Mərkəzində açıldı.

Xaricdə yaradılmış məntəqələrə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi təşkil edildi. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil idi.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Mərkəzi Seçki Komissiyasının saydığı 2137 seçki məntəqəsinin ilkin nəticələri belədir
Öncəki yazı
Salome Zurabişvili əhaliyə müraciət edir