This is a specific ad

Sənada məktəbdə yaranan izdihamda azı 78 nəfər həlak olub

98

Another advertisement

Yəmənin paytaxtı Sənada məktəbdə yaranan izdihamda uşaqlar da daxil olmaqla azı 78 nəfər həlak olub.

Rəsmilərin sözlərinə görə, izdiham baş verən zaman məktəbdə Ramazan bayramı ilə bağlı xeyriyyə tədbirləri keçirilirdi. Hadisə nəticəsində onlarla insan yaralanıb, onlardan 13-nün vəziyyəti ağırdır.

Şahidlər qeyd edirlər ki, husilər kütləyə nəzarət etmək üçün bir neçə dəfə havaya atəş açıblar. Atışmaların birində elektrik naqili zədələnib və nəticədə partlayış baş verib. Partlayış insanlar arasında çaxnaşmaya və ardınca izdihama səbəb olub.

Qeyd edək ki, 2015-ci ildə hökumətin devrilməsindən sonra üsyançı husilər ölkənin qərb hissəsinə nəzarət edirlər. Tədbir məhz onlar tərəfindən təşkil olunub.

Reuters xəbər verir ki, yüzlərlə insan xeyriyyə günü üçün nəzərdə tutulan pulu almaq üçün məktəbə toplaşıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirin təşkilatçıları saxlanılır.

Sonrakı yazı
Jozwiak: Gürcüstana namizəd statusunun verilməsi üçün əlavə tövsiyələr verilə bilər
Öncəki yazı
Dünyada hər il neçə nəfər ölür, neçə nəfər dünyaya gəlir? – STATİSTİKA