• 30 Noyabr 2023 02:14

Səhiyyə Nazirliyindən insulinlə əlaqədar BƏYANAT

Avatar photo

ByHacı Xəlilzadə

Apr 1, 2023

“Şəərli diabetlə mübarizə üzrə dövlət proqramına cəlb olunan bütün benefisiarlar insulinlə təmin olunub və ölkədə dərman ehtiyatının olmaması ilə əlaqədar yayılan məlumatlar həqiqətə uyğun deyil”.

QafqazTürk xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

“Biz tam məsuliyyətlə bildiririk ki, şəkərli diabetin idarə olunması üzrə dövlət proqramı tərəfindən verilən dərman preparatları benefisiarlara rahat çatdırılır və heç bir xəstə insulinsiz qalmır. Bununla yanaşı, ölkədə dərman ehtiyatının olmaması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. İctimaiyyəti məlumatlandırmaq üçün bildiririk ki, insulin tədarük edən şirkətlərlə müqavilələr bağlanıb və ehtiyat sistematik olaraq artırılır. Benefisiarların qeyd olunan dərmanı lazımi miqdarda almaq imkanı var. Müvafiq qərarda (Hökumətin 2023-cü il sağlamlığın mühafizəsi üzrə dövlət proqramlarının təsdiq edilməsi haqqında 609 saylı qərarı) üç aylıq tələbatlarının verilməsi nəzərdə tutulmur”, – deyə bəyanatda bildirilib.

1350cookie-checkSəhiyyə Nazirliyindən insulinlə əlaqədar BƏYANAT

Bir cavab yazın