Another advertisement
“Gürcüstan Vətən müharibəsi zamanında dünyaya əsl dostluq və qardaşlıq nümunəsi göstərib”.
Qafqaztürk xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev
Tbilisidə Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq işğal altındakı torpaqlarını azad edib:
“Dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək 30 illik işğala son qoydu. Bu qələbə daim olacaq. Azərbaycan öz torpaqlarında əbədi yaşayıb və yaradacaq”.